Şənbə , Yanvar 29 2022
Ana səhifə / Media / NTV-nın italiyalı aparıcısı Azərbaycan haqqında veriliş çəkib – VİDEO

NTV-nın italiyalı aparıcısı Azərbaycan haqqında veriliş çəkib – VİDEO

Rusiyanın NTV telekanalında yayımlanan “Poyedem, poyedim!” verilişinin növbəti hissəsi Bakı və Lənkəran şəhərlərində çəkilib.

Veriliş əsasən Azərbaycan mətbəxinə həsr olunub.

Verilişin italiya əsilli aparıcısı Federiko Arnaldi Bakı küçələrini gəzərkən heyrətini gizlədə bilməyib. O, Azərbaycan paytaxtını ultra müasir şəhər adlandırıb, turistlər üçün maraqlı olacaq bilgilər verib. 

Bazar və restoranlara baş çəkdikdən sonra italiyalı Lənkəran rayonuna üz tutub və burada meyvə bağlarının fəaliyyəti ilə maraqlanıb.

Verilişdə həmçinin xalqımızın mətbəx incisi olan ləvəngi haqqında ətraflı bilgi verilir, onun hazırlanma qaydaları aşılanır.

https://player.baku.tv/embed/47514

Həmçinin oxuyun

Bu gündən televiziya kanalları HD yayıma keçir

Bu gündən “Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda …