Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Novruzda qəbiristanlığa ziyarətə gedənlər nədən narazı qalıblar?

Novruzda qəbiristanlığa ziyarətə gedənlər nədən narazı qalıblar?

Novruz bayramında yaxınlarının qəbirlərini ziyarət edənlər gördükləri mənzərədən narazı qalıblar. Məsələn, Bakının Pirşağı qəsəbəsindəki qəbiristanlıq zibillik içərisində itib-batıb.

Virtualaz.org saytı xəbər verir ki, qəbiristanlığın ərazisi ilk baxışdan zibilxananı xatırladır. Məişət tullantıları məzarların arasına atılıb. Bu qəbiristanlıqda olan məzarların əksəriyyəri tez-tez ziyarət olunsa da, qəbirlərin üstünü toz basıb, bəzi məzarlar isə zibil və alaq otlarının arasında görünməz olub. Belə bəlli olur ki, bu qəbiristanlıq uzun müddətdir təmizlənmir.

Düzdür, bayram ərəfəsində yaxınlarının məzarlarını ziyarət edənlər təmizlik aparmağa çalışıblar. Lakin toplanan tullantılar ya kimsəsiz, toz basmış məzarların yaxınlığına, ya hasarın dibinə, ya da elə girəcəkdəki qapının ağzına atılıb.

Qəbiristanlığın ərazisinə atılan yemək qalıqları, boş butulkalar gecələr səfil həyat tərzi keçirənlərin bura tez-tez yığışdığından xəbər verir. Dizə çatan alaq otları, zibillik qəbiristanlıqda hərəkəti də mümkünsüz edib…

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın