Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Media / Nobel prospektində yeni yeraltı keçid istifadəyə verilib – VİDEO

Nobel prospektində yeni yeraltı keçid istifadəyə verilib – VİDEO

“Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidin tikintisi yekunlaşıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq vətəndaşlar keçiddən istifadə edə bilərlər.

Qurumdan bildirilib ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.

Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə “Bulvar” otel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir.

Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.

Ümumilikdə yola 6500 kvadratmetr və 2 qat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına 900 p/m mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 kvadratmetr tamet daşları düzülüb.

Həmçinin oxuyun

Hacı Nuran ATV-dən getdi

Aparıcı Hacı Nuran Hüseynovun ATV-də apardığı “Həyat” layihəsi yekunlaşıb. Axşam.az xəbər verir ki, o, bundan …

Bir cavab yazın