Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Nikaha görə müayinədən keçənlərin 7 faizində irsi qan xəstəliyi var

Nikaha görə müayinədən keçənlərin 7 faizində irsi qan xəstəliyi var

Azərbaycanda indiyədək nikaha daxil olmaq üçün müayinədən keçənlərin təxminən 7 faizində irsi qan xəsləlikləri aşkarlanıb.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur.

Onun sözlərinə görə, irsi qan xəstəlikləri ilə mübarizədə ciddi irəliləyişlər əldə edilib: “Bilirsiniz ki, talassemiya Azərbaycan üçün aktual problem idi. Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur və həmin insanlar, xüsusən də uşaqlar ölümlə qarşı-qarşıya idilər. Heydər Əliyev Fondunun prezidenli, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bir neçə il öncə Respublika Talassemiya Mərkəzinin yaradılması belə xəstələrin müalicə imkanlarını genişləndirdi. Mərkəzə il ərzində 20 minə qədər müraciət olur. Hazırda 3000 uşaq orada daimi müalicə alır”.

O.Şirəliyev bildirib ki, bu Mərkəzdə ancaq yüksək inkişaf etmiş ölkələrdə icra edilən çox bahalı sümük iliyi transplanlasiyası əməliyyatları dövlət hesabına həyala keçirilir: “Artıq 30 uşağa sümük iliyi köçürülüb. Böyük fərəh hissi ilə deməliyəm ki, bir ay əvvəl Azərbaycan yalnız bu sahədə uğurlu əməliyyatlar həyata keçirən az sayda dövlətlərin qəbul olunduğu Avropa Donor Bankına qəbul edilib”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın