Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Nikah və boşanmaların sayı açıqlandı

Nikah və boşanmaların sayı açıqlandı

Azərbaycanda rəsmi qaydada qeydə alınan nikahların və boşanmaların statistikası açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova Azərtac-a müsahibəsində bildirib ki, son illər Azərbaycanda nikahların kəskin azalması müşahidə olunmur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2015-ci ildə 68 min 773 nikah, 12 min 764 boşanma olub. Belə ki, 2015-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7.102, boşanmaların sayı isə 1,3 olub. 2016-cı ilin 11 ayı ərzində 60 min 800 nikah olub, 12 min boşanma faktı qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə 6.9 nikah, 1.4 boşanma deməkdir.

A.Veysəlova deyib: “İndi gənclər birgə yaşamağı bacarmayanda, artıq əvvəlki nəsil kimi dözümlülük nümayiş etdirmir, ən son atacaqları addımı elə ən başda atırlar, yəni birdəfəlik ayrılırlar. Gənclərin ailə həyatına hazırlıq məqsədi ilə Komitə tərəfindən “Gənc ailələr”, “Gənc ana” kursları təşkil olunur”.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın