Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Nigar Əliyeva Oqtay Şirəliyevin yerinə iddialıdır?

Nigar Əliyeva Oqtay Şirəliyevin yerinə iddialıdır?

Səhiyyə nazirinin müavini bundan ötrü bütün əlaqələrini işı salıb, himayəsində olduğu şəxslərə minnətçi düşüb Əgər belə davam edərsə, o zaman yaxın vaxtlarda Oqtay Şirəliyevin müavini onun kreslosunda oturacaq Bir müddət əvvələ qədər Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş Nigar Ramiz qızı Əliyevanın qısa müddət ərzində karyerasında ani sıçrayış edərək səhiyyə nazirinin müavini vəzifəsinə gətirilməsi çoxlarında ciddi şübhələrin yaranmasına səbəb olub. Belə ki, onun 12 fevral 2009-cu ildən etirabən bu vəzifədə çalışdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərdə deyilir ki, Nigar Əliyeva Səhiyyə Nazirliyinin fəaliyyətini bərbad hala salan şəxslərdən biri kimi xarakterizə olunur. Son zamanlar onun adının müxtəlif xoşagəlməz məqamlarda, qalmaqallı olaylarda hallandığını iddia edən mənbənin sözlərinə görə, səhiyyə nazirinin müavini postuna gəlincəyə qədər maddi baxımdan sıxıntı yaşayan Nigar Əliyeva bu gün az qala ölkənin ən imkanlı şəxsləri sırasında qırarlaşıb: «Deyilənlərə görə, o, son 7 il ərzində paytaxtın müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri əldə edib. Bundan başqa, o, əlində olan səlahiyyətlərdən istifadə edərək yaxınlarının adına apteklər, bir neçə özəl klinika açmağa müvəffəq olub. Onu da qeyd edim ki, nazir müavininin əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Belə ki, deyilənlərə görə, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri Nigar Əliyevanın kadrlarıdır. Həmin şəxslərin nəyin qarşılığında vəzifəyə təyin olunması isə xüsusi araşdırmaya ehtiyac duyulan məsələdir». Bu arada, Nigar Əliyevanın ona həvalə olunan işləri lazımi səviyyədə icra edə bilmədiyini bildirən məlumatlı şəxs qeyd edir ki, səhiyyə nazirinin müavininin rəfiqəsi olduğunu iddia edən Aygün Əliyeva adlı qadın bir müddət öncə 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub: «Həmin vaxt bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində üzrə istintaq aparılıb. Maraqlı məqam ondadır ki, məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi isə xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsi ilə aldığını iddia edib. Belə ki, Nigar Əliyevanın onun rəfiqəsi olduğunu bildirən Ayğın Əliyeva dolayısıyla səhiyyə nazirinin müavininin saxta sənət hazırladığına işarə edib. Lakin nədənsə indiyədək bununla bağlı müvafiq qurumlar tərəfindən heç bir tədbir görülməyib, Səhiyyə Nazirliyi səviyyəsində Nigar Əliyevanın əməllərinə lazımi qiymət verilməyib. Maraqlıdır, görəsən niyə? Axı Nigar Əliyevanı bu qədər ciddi cəhdlə müdafiə edən kimdir?..» Mövzu ilə bağlı əldə etdiyimiz informasiyalarda həmçinin, o da deyilir ki, hazırda savadsız, qeyri-peşəkar həkimlərin işə qəbulunda səhiyyə nazirinin müavini Nigar Əliyevanın xüsusi rolu var. Belə ki, Nigar Əliyevanın bu gün Səhiyyə Nazirliyində əsas söz sahiblərindən birinə çevrildiyini vurğulayan mənbənin iddiasına görə, o, işə qəbulu tam öz nəzarətində saxlayır: «Deyilənlərə görə, baş verən sövdələşmə uzun müddət davam edir. Yəni işə girəndə edilən «təşəkkür»dən əlavə, aylıq «minnətdarlıq» da var. Bildiyiniz kimi, savad və peşəkarlığı olmayanları işə götürəndə onlar iş dövründə bir sıra neqativ hallara yol verirlər. Nigar Əliyeva isə edilən «təşükkür»ün qarşılığında onları ört-basdır etməklə məşğul olur. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, son dövrlər bir sıra yollara baş vuraraq Səhiyyə Nazirliyindəki mövqelərini möhkəmləndirməyə müvəffəq olan Nigar Əliyeva atıq daha yüksək posta iddialı olduğunu biruzə verməyə başlayıb. Deyilənlərə görə, artıq o, nazir postuna, yəni Oqtay Şirəliyevin yerinə təyinat almaqdan ötrü bütün əlaqələrini işı salıb, himayəsində olduğu şəxslərə minnətçi düşüb. Məsələnin maraqlı tərəfi ondadır ki, himayəsinə arxalandığı şəxslər Nigar Əliyevaya bir qədər gözləməyi məsləhət görüblər. Görünür, əgər belə davam edərsə, o zaman yaxın vaxtlarda Oqtay Şirəliyevin müavini onun kreslosunda oturacaq». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın