Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Newsweek” nəşri: “Azərbaycan tolerantlıq nümunəsidir”

“Newsweek” nəşri: “Azərbaycan tolerantlıq nümunəsidir”

“Newsweek” nəşrində Dağlıq Qarabağdakı son hadisələrlə bağlı məqalə dərc edilib.

Məqalədə Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edərək, ölkəmizin tolerantlıq, çoxetiqad və multikulturalizm nümunəsi olduğunu bəyan ediblər.

“Ölkəmizin yəhudi, xristian pravoslav və müsəlman icmalarından olan dini liderlər kimi, beynəlxalq mediada “xristianların təhlükə altında olduğu” ilə bağlı yazılanlara görə, danışmağımızın vaxtı gəldi. Biz fərqli inanclara sahib ola bilərik, amma hamımız bir millətik – azərbaycanlıyıq “.

Məqalədə vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır.

“Aşkenazi yəhudi icması, dağ yəhudi icması, katoliklər, pravoslavlar, Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edirlər. Azərbaycan tolerantlıq, çox etiqadlılıq, multikulturalizm nümunəsidir”.

Məqalədə qeyd olunub ki, 30 ildən çox müddətdə – 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnən münaqişə zamanı – 300 mindən çox azərbaycanlı Ermənistandan didərgin düşüb. İşğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulanların sayı isə 700 mindən çoxdur. Bu gün Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerlərinin ya təyinatı dəyişdirilib, yaxud dağıdılıb, zədələnib. Azərbaycanın şəhər və qəsəbələrdə isə kilsələr, sinaqoqlar, məscidlər ibadət üçün açıqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın bu gün təklif etdiyi Dağlıq Qarabağda yaşayanların oranı tərketməsi deyil, əksinə, bir vaxtlar özlərinin qovduqları insanların geri qayıtmasıdır. Ölkəmiz orada fərqli din, mədəniyyət, etnik mənsubiyyətə malik, sülh şəraitində yaşamaq istəyənlər üçün Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı verir. Təklif olunan bir geridönüşdür.

Bundan əlavə, məqalədə ermənilərin Gəncədə dinc əhalini hədəf almasından da söz açılıb.

Məqalə ilə ətraflı bu linkdə tanış olmaq mümkündür.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …