Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib – VİDEO

Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib – VİDEO

Şikayətçilər dəfələrlə aiddiyatı orqanlara müaciət ediblər, yenə də nəticəsiz olub

Bölgəxəbər -ə daxil olan şikayətlərdən biri də İmişli rayonu Bəhramtəpə qəsəbəsinin bəzi fəhlə işçilərindəndir .Qəsəbədə sürücü kimi çalışan şikayətçilərin sözlərinə görə, iki il öncə Neftçala rayonu beton zavoduna yük daşılasalar da, hələ də əmək haqlarını ala bilmirlər. Məbləğ isə nə az nə çox düz 12 min manatdır. Onların sözlərinə görə dəfələrlə zavodun müdiri Zakir Abdullayevlə görüşsələr də heç bir nəticə əldə olunmayıb. Şikayətçilər dəfələrlə aiddiyatı orqanlara müaciət ediblər, yenə də nəticəsiz olub.
BTV adı çəkilən zavodun müdiri Zakir Abdullayevlə əlaqə saxlamağa çalışıb. Amma təəssüflər olsun ki, telefonda nalayiq ifadələrdən başqa heç nə eşidilməyib. Bu da müdir adını daşıyan vəzifə sahibimiz.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın