Ana səhifə / Media / Neftçala bələdiyyəsi Qarabağ əlillərinə qarşı – ŞİKAYƏT VAR

Neftçala bələdiyyəsi Qarabağ əlillərinə qarşı – ŞİKAYƏT VAR

Mövzuya dair dərc etdiyimiz materiallarda biz artıq dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün əksər regionlarda bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş bələdiyyə strukturları imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə, ümumiyyətlə bu qurumların mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur. Redaksiyamıza bir müddət əvvəl daxil olmuş məlumatlarda da Neftçala şəhər bələdiyyəsinin sədri Aydın Aslanovun yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmışdır. Maraqlıdır ki, bir çox digər bölgələrdə fəaliyyət göstərən iş adamları öz şikayətlərində daha çox icra strukturlarının onların işlərinə əngəl törətmələrindən bəhs edirlərsə, Neftçaladan daxil olan məlumatlarda bu rayonda sahibkarlara qarşı qeyri-adekvat mövqeylərdən çıxış edən məmur kimi məhz Aydın Aslanovun adı daha tez-tez hallandırılır. Eyni zamanda da bələdiyyə sədrinin özünün də rayon rəhbərliyi ilə yaranmış münasibətləri heç də birmənalı qiymətləndirilmir. Məlumatlarda bu məmurun hətta icra strukturları ilıə münasibətlərində də çoxsayl problemlərin yaşandığı vurğulanır. Məsələn bir müddət əvvəl, Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə quraşdırılmış zəncir səddin sökülməsinə görə baş vermiş əlbəyaxanın polisdə araşdırılması barədə məlumat yayılmışdı. Hətta bildirilirdi ki, bundan sonra hər iki məmur xəstəxanada müalicə almalı olublar. Bundan sonra, Aydın Aslanov törətdiyi bu və bir çox əməllərə görə Yeni Azərbaycan Partiyası sıralarından da qovulub. YAP Neftçala Rayon Təşkilatından mətbuata verilən məlumata görə, Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə heyətinə daxil olmuş müraciətlər müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub. Həmçinin təqdim olunan açıqlamalardan birində Aydın Aslanovun həyata keçirdiyi torpaq maxinasiyalarından və bu maxinasiyalardan hətta Qarabağ əlillərinin də ziyan çəkdiyindən xəbər verilir: “Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov öz maddi maraqları naminə sadə vətəndaşların, hətta Qarabağ əlillərinin belə hüquqlarını asanlıqla pozur. Belə ki, bir müddət əvvəl dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədrinin maxinasiyaları nəticəsində bu torpaq sahələri kənar şəxslərin əlinə keçib. Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi rayonda fəaliyyət göstərən sahibkarları da hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiqlər etməyə başlayıb. Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Bələdiyyə sədri təyin olunandan Aydın Aslanov Neftçala rayonununda zəbt etdiyi onlarla obyekt və ev üçün nəzərdə tutulan torpaq sahələrini yaxın qohumlarının adına keçirib…”

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

dia.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın