Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi

Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələrindən biri ləğv edilib.

AzVision.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək vəzifəsi ləğv edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın