Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nazirliyin bağladığı klinika yenidən fəaliyyətdə

Nazirliyin bağladığı klinika yenidən fəaliyyətdə

Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılmış “Atlas Medical Center” yenidən fəaliyyətini bərpa edib.

Axar.az xəbər verir ki, 2008-ci ildən Bakıda fəaliyyətə başlayan “Atlas Medical Center” 2014-ci il dekabr ayının 2-də fəaliyyətini dayandırmışdı. Tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlandığı və səhv müalicə səbəbindən bir neçə pasientlə məhkəməlik olan klinikanın lisensiyası Səhiyyə Nazirliyi tərəfindən geri alınmışdı.

 

Klinikanın yenidən fəaliyyətə başlaması ilə bağlı saytımıza müraciət edən şikayətçi Anar Ələkbərov adlı şəxs bildirib ki, klinikaya qarşı açdığı məhkəmə prosesi hələ də davam edir. Bu halda klinikanın yenidən fəaliyyətə başlaması heç bir halda düzgün deyil:

 

“Ötən il dünyaya gələn oğluma Atlas Tibb Mərkəzində ali dərəcəli kardioloq Ağadadaş Rzayev VSD mədəcik arası deşik diaqnozu qoydu. Bildirdi ki, 2 ilə xəstəlik tam yox olacaq, problem yoxdur. Həkimin məsləhəti ilə uşağı evə gətirdik və on gündən sonra oğlumun vəziyyət həddindən artıq pisləşdi. Mərkəzi Neftçilər Xəstəxanasında həkim  Yüzbaşova Mədinə xanım uşaqda anadangəlmə ürək-damar yerlərinin səhv olduğunu bildirdi. Təcili əməliyyat üçün Tiflisə yola düşdük. Həkim özü bildirdi ki, vaxtında düzgün diaqnoz qoyulsaydı, bir əməliyyatla uşaq tam sağala bilərdi. Lakin Atlasın yanlış diaqnozu səbəbindən oğlum 4 dəfə əməliyyat keçirməli oldu. Bu yanlışlıq səbəbindən klinikaya qarşı iddi qaldırdım ki, yanlış diaqnoz, səhv müalicə aparmaqla daha başqalarının canını yandırmasınlar”.

 

Şikayətçinin klinikaya qarşı qaldırdığı məhkəmə prosesi hələ də davam edir. Prosesin sabah keçiriləcək sonuncu iclasında klinika ilə bağlı qərar qəbul edilməlidir. Ancaq hələ yekun qərar oxunmamış Atlas klinikası fəaliyyətini bərpa edib.

 

Klinikanın yenidən hansı əsaslarla fəaliyyətə başladığını öyrənməyə çalışdıq.  “Atlas Medical Center”dənAxar.az-a yenidən fəaliyyətə başladıqlarını təsdiqlədilər. Klinikadan verilən məlumata görə, yanvar ayının 5-dən etibarən fəaliyyət göstərirlər.

 

Lakin klinikadan dekabr ayında fəaliyyətini dayandırmasını təmirlə əlaqədar olduğunu bildirdilər:

 

“Klinikamızın lisenziyası var. Dekabr ayında fəaliyyətini dayandırmağımıza səbəb klinikanın təmir edilməsi idi. Yanvarın 5-dən etibarən fəaliyyət göstəririk”.

 

Səhiyyə Nazirliyinin rəsmi saytında isə lisenziyası olan klinikalar arasında “Atlas Medical Center”in də adı var. Nöqsanlar səbəbindən lisenziyası əlindən alınan klinikaya yenidən hansı səbəblərdən lisenziya verildiyi isə maraqlıdır.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi 2 dekabr 2014-ci il tarixində “Atlas Medical Center”-in lisenziyasını dayandırmışdı. Qurum sözçüsü Anar Qədirli bununla bağlı açıqlamasında klinikanın tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktının aşkarlanması ilə əlaqələndirmişdi:

“Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmayan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın