Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Nazirliyi müharibə əlillərinin fikri maraqlandırmır

Nazirliyi müharibə əlillərinin fikri maraqlandırmır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev tikintisilə bağlı müxtəlif şirkətlərlə 13 müqavilə bağlayıb. Nazirliyin məlumatına görə, ölkə rayonlarında 142 ədəd 1-3 otaqlı fərdi ev tikiləcək. Həmin evlərdə 405 otaq olacaq. Bağlanan müqavilələrin ümumi məbləği 9 mln. 638 min manat təşkil edir. Tender əsasında tikiləcək evlərin podratçıları «İnkişaf Təmir Tikinti», «Arko Təmir Tikinti Şirkəti», «Tala Tikinti», «Olimp-S», «Şahbulaq Kommersiya İnşaat və Ticarət», «Arsenal-E», «Natal-İnşaat», «Perlit», «Tua-TT», «A-Construction ltd» və «MİS-T»-dir. (contact.az).

Biz aydınlaşdırmaq istədik, Qarabağ müharibəsinin əlilləri onlar üçün mənzil inşa edəcək şirkətlərin seçimində iştirak edirmi?

“Qarabağ əlilləri üçün ev tikil84d4b1422375005_firudin-1məsi ilə bağlı heç bir məlumatım yoxdur”, – deyə “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firidun Məmmədov Kavkaznews.aza bildirdi. “Məgər əlillərin nümayəndələri ƏƏSMN-in elan etdiyi tenderin komissiyasına daxil deyillərmi?”, – deyə soruşduq. “Yox, ictimai nəzarətin təmin olu018091803_40400nmasıl üçün, bizi də komissiyaya daxil edə bilərdilər. Lakin təəssüf ki, bu baş vermədi”, – deyə F.Məmmədov cavab verdi.

“Bu evlərin inşaatı zamanı mütləq onların fiziki problemləri olan insanlar üçün tikildiyi nəzərə alınmalıdır. Müvafiq olaraq, bu binalarda lazımi infrastruktur yaradılmalıdır”, – deyə hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva sayta bildirdi.

Hüquq müdafiəçisinin fikrincə, Qarabağ müharibəsi əlilləri üçün inşa edilən evlərlə bağlı tender komissiyasına Qarabağ müharibəsi əlillərinin nümayəndələri də dəvət olunmalıdır.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın