Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Nazirliyə 6 milyon dəfədən çox müraciət edilib

Nazirliyə 6 milyon dəfədən çox müraciət edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin informasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov bildirib ki, hazırda əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Onlar “Elektron Hökumət” portalında vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadırlar. Təkcə 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub.

Qeyd edək ki, nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi müvafqi sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və tam şəffaf şəkildə təşkil edilməsinə səbəb olub.

Təqdimatdan razılıqlarını bildirən qonaqların səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Fondun Xəzər rayon şöbəsinin, habelə Müharibə və Əmək Əlilləri üçün Pansionatının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da nəzərdə tutulub.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın