Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Nazirlikdən xəbərdarlıq: “Sürüşmə olacaq”

Nazirlikdən xəbərdarlıq: “Sürüşmə olacaq”

Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin yeni topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

 

O bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir:

 

“Həmin hissədə sürüşmə daimi baş verir. O yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır”.

 

Ə. Qaralov qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində qrunt suları da yer səthinə çıxır.

 

Qeyd edək ki, ötən həftə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindən keçən hissədə torpaq qatı uçaraq yola tökülüb. Hazırda yolun 106-107-cı kilometrliyində böyük yarğanlar əmələ gəlib.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın