Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Nazirlikdən şəhid anasına cavab: “Gərək bu pulu kimsə cibindən verə”

Nazirlikdən şəhid anasına cavab: “Gərək bu pulu kimsə cibindən verə”

Aprel şəhidimiz Dəmirli Hüseyn Zeynal oğlunun anası Tahirə xanım Moderator.az vasitəsilə təhsil naziri Mikayıl Cabbarova müraciət edərək oğlu Kamran Dəmirlinin Azərbaycan Neft Akademyasında oxuduğunu, ancaq imkansız olduqlarından təhsil haqqını ödəyə bilmədiklərini deyib. Kamran Dəmirlinin təhsil haqqı illik 1600 manatdır. Kamran aprel şəhidi Hüseyn Dəmirlinin əkiz qardaşıdır.

 

Moderator.az şəhid anasının Mikayıl Cabbarova müraciəti ilə ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlayıb.

 

Cəsarət Valehov bildirib ki, nazirliyin bu məsələ ilə məşğul olmaq səlahiyyəti yoxdur:

“Universitetlərin maliyyə müstəqilliyi var. Belə problemlərlə bağlı universitetə müraciət edilməlidir. Ancaq inanmıram ki, universitet də şəhid ailəsinə kömək edə bilsin. Gərək bu pulu kimsə çıxarıb cibindən verə. Büdəcədən sil, oxusun, belə söhbət mümkün deyil. Ümumiyyətlə belə müraciətlər həddindən artıq çox olur”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın