Ana səhifə / Media / Nazirlikdən növbəti xəbərdarlıq – Dolu düşəcək

Nazirlikdən növbəti xəbərdarlıq – Dolu düşəcək

Sabah Azərbaycanın rayonlarında dolu düşəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Mayın 29-dək Abşeron yarımadasında komfort temperatur şəraiti fonunda meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Mayın 27-28-də bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …

Bir cavab yazın