Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Nazirlikdən isti hava ilə bağlı xəbərdarlıq

Nazirlikdən isti hava ilə bağlı xəbərdarlıq

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeronyarımadasında hava şəraiti sasən yağmursuz olacaq.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa görə iyulun 03-dən 06-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, iyulun 03-dən 06-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37°, bəzi yerlərdə isə 39° isti olacağı gözlənilir. İyulun 03-dən 07-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın