Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Media / Nazirlik veteranlara ev payladı – Fotolar

Nazirlik veteranlara ev payladı – Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır. Mənzillərin təqdim olunması zamanı müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, onlara yönələn dövlət qayğısının daim artırıldığı qeyd olunub.

Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib. Əlil və şəhid ailələrinə təqdim edilən bütün mənzillərdə normal yaşayış üçün hər bir şərait yaradılıb.

Vurğulanıb ki, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Sərəncam imzalanması müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti ifadəsidir. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

 

 Nazirlik veteranlara ev payladı  -  Fotolar
 Nazirlik veteranlara ev payladı  -  Fotolar
 Nazirlik veteranlara ev payladı  -  Fotolar
 Nazirlik veteranlara ev payladı  -  Fotolar
 Nazirlik veteranlara ev payladı  -  Fotolar
 Nazirlik veteranlara ev payladı  -  Fotolar

 

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın