Ana səhifə / Media / Nazirlik sahibkarları cərimələdi

Nazirlik sahibkarları cərimələdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idarə və müəssisələrdə yoxlamalar aparıb.

Yoxlamalar zamanı xüsusilə ticarət, ictimai iaşə, topdansatış mərkəzlərində və tikinti sektorunda əmək qanunvericiliyinə riayyət edilmədiyi aşkarlanıb.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, bu ilin 6 ayında 8076 nöqsan aşkarlanıb. Nəticədə müəssisə rəhbərləri İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnib. Cərimələrin 1047777 manatı isə dövlət büdcəsinə ödənilib.

Nazirlikdən xəbərdarlıq ediblər ki, müəssisə və təşkilatlarda, ticarət sektorunda əmək qanunvericiliyinin tətbiqi ilə bağlı yoxlamalar davam etdiriləcək.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın