Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nazirlik qiymət artımı ilə bağlı hərəkətə keçdi 

Nazirlik qiymət artımı ilə bağlı hərəkətə keçdi 

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb.

Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın