Ana səhifə / Media / Nazirlik kimsəsiz gəncləri evləndirdi – Fotolar

Nazirlik kimsəsiz gəncləri evləndirdi – Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən Nuranə Cabbarova ilə bu təbəqədən olan digər gənc Ənvər Pənahinin toy mərasimi təşkil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azinforum.az-a verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum, kimsəsiz məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu yaşayış binasına köçürülən hər bir məzuna lazımi məişət avadanlıqları ilə təmin olunmuş bir mənzil təqdim olunub. Gənclərdən 35 nəfəri elə müəssisənin özündə fəaliyyət göstərən kafedə, bərbərxanada, ticarət salonunda, stolüstü oyunlar və internet zallarında, camaşırxanada işlə təmin ediliblər. Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq vardır. Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk etmiş gənclərdən biridir. Bundan sonra o da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə “Məzun evi”ndə yaşayacaq. Toy mərasimində iştirak edənlər hər iki gəncə xoş arzularını ifadə edib, sevinclərini bölüşüblər. Yeni ailə quran gənclər və “Məzun evi”nin digər sakinləri ürək sözlərini ifadə edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərə daim yüksək diqqət və qayğı göstərdiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Nazirlik kimsəsiz gəncləri evləndirdi - Fotolar

Nazirlik kimsəsiz gəncləri evləndirdi - Fotolar

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın