Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Media / Nazirlik keçmiş məhbuslara pul verdi

Nazirlik keçmiş məhbuslara pul verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3484 keçmiş məhbusa birdəfəlik pul müavinəti ödəyib.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə,keçmiş məhbusların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Bu ilin ilk yarısında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə hazırlıq kursları təşkil edilib.

Həmçinin oxuyun

Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt …

Bir cavab yazın