Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Nazirlər Kabinetinin saytında yeni bölmələr yaradılıb

Nazirlər Kabinetinin saytında yeni bölmələr yaradılıb

Azərbaycan Nazirlər Kabinetinin saytı (cabmin.gov.az) yenilənib.

“Report”un xəbərinə görə, saytın “Nazirlər Kabineti”, “Nazirlər Kabinetinin Aparatı”, “Vətəndaşların müraciətləri” bölmələrində dəyişikliklər edilib, saytda “Baş nazir”, “Baş nazirin müavinləri”, “Nazirlər Kabinetinin tərkibi”, “İş qaydası” və s. bölmələr yaradılıb. Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub. Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə Prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu Baş nazir təyin edib. N.Məmmədovdan əvvəl Baş nazir Artur Rasi-zadə (1996-2018-ci illər) olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …