Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nazir: “”Sovetski” dəki 138 tarixi binadan yalnız 15-16-sı saxlanılacaq”

Nazir: “”Sovetski” dəki 138 tarixi binadan yalnız 15-16-sı saxlanılacaq”

Bakıda “Sovetski” adlanan ərazidə 138 tarixi bina vardı. Onlardan yalnız 15-16-nın saxlanılması qərara alınıb.

Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, digər binalar ya tam söküləcək, ya da onların elementlərini xüsusi bir məkanda yığaraq həmin memarlıq nümunələrinin cəmiyyət qarşısında saxlanılması üçün yerlər ayrılacaq. Hazırda bununla bağlı proses gedir.

Ə.Qarayev qeyd edib ki, bununla əlaqədar Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi Dövlət Komissiyası işləyir. Nazirlik də öz təkliflərini Komissiyaya təqdim edib.

Sonra nazir Ə.Qarayev bildirib ki, Azərbaycanda bir sıra yerlərdə tarixi abidələrin qanunsuz olaraq sökülməsi hallarının qarşısı alınıb.

Rəhbərlik etdiyi nazirliyin tarixi abidələrin qorunması mövzusuna çox ciddi yanaşdığını deyən Ə.Qarayev qeyd edib ki, son vaxtlar Bakıda və regionlarda tarixi abidələrin aqibəti ilə bağlı monitorinqlər keçirilib: “Monitorinqlər zamanı bəzi ciddi nöqsanlar müəyyən edilib. Hazırda bununla əlaqədar icra hakimiyyətləri ilə bərabər çalışırıq.

Bir neçə yerdə dağıtma proseslərini, bəzi inşaat işlərini dayandırdıq. Çünki onlar qanuna uyğun deyildi. Harada ki, bu layihələr bizimlə razılaşdırılır, plana uyğundursa, orada şəhərin inkişafına maneçilik törədə bilmərik”. (Trend)

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın