Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Nazir oğlunun“tender krallığı” bitir: – Gənclər və İdman Nazirliyində şöbələr ləğv olunur

Nazir oğlunun“tender krallığı” bitir: – Gənclər və İdman Nazirliyində şöbələr ləğv olunur

Gənclər və İdman Nazirliyində bəzi şöbələrin ləğvinə zərurət yaranıb. Manatın devalvasiyası və hökumətin qənaət rejiminə keçid etməsi komitə və nazirliklərdə struktur islahatlarını şərtləndirib

Verilən məlumata görə, nazirliyin fəaliyyəti dövründə israfçılığa yol verilib və indinin özündə də milyonlar səmərəsiz istiqamətə sərf olunur.

Hazırda GİN-də ixtisarların və struktur islahatlarının nəzərdə tutulduğu şöbələr bunlardır: Təsərrüfat sektoru, Əsaslı tikinti və nəqliyyat sektoru, Analitik təhlil və Proqram təminatı şöbəsi, Silsiləvi və oyun idman növləri sektoru,Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektoru…

Məlumatda deyilir ki, bu strukturlarda ciddi şəkildə islahatlara ehtiyac var. Yada salaq ki ötən il Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlamalar aparıb.

Palatanın audit sübutları nəticəsində Nazirlik tərəfindən müxtəlif podratçı təşkilatara dörd obyekt üzrə artıq vəsait ödənildiyi, iki obyekt üzrə əlavə xərclərə yol verildiyi, hazırda istifadə olunan 8 obyektin müvafiq qaydada istismara qəbulunun təmin edilmədiyi müəyyən olunub.

Eyni zamanda nazirlik tərəfindən respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı bəzi nöqsanlara yol verildiyi aşkarlanıb. Satınalma prosesində əsassız debitor borcların yaranması halları aşkar edilib.

Əmək haqqı, ezamiyyə, nəqliyyat vasitələrinin saxlanması xərlcərinin icrası, həmçinin social sığorta haqlarının hesablanması ilə bağlı normativ hüquqi aktların bəzi tələblərinə riayət edilməməsi səbəbindən vəsaitin artıq icra edildiyi müəyyən olunub, material ehtiyatlarının uçotu aparılmayıb.

Gənclər və İdman nazirliyi tərəfindən 100,6 min manat dövlət büdcəsinə bərpa edilib, 118,4 min manat məbləğində işlərin görüldüyü, 48 min avro məbləğində çatışmayan inventarların natura qaydasında bərpa olunduğu bildirilib.

Verilən məlumata görə, bu faktlar şöbələrdə və ümumilikdə nazirlikdə yeyintilərin, israfçılığın təsdiqidir. Ona görə də şöbələrin ləğvi və ya bir-birinə birləşdirilməsi gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyinin də bu quruma birləşdirilməsi məsələsi ixtisarları şərtləndirib. İqtisadi böhran nazirliyin fəaliyyətinə ciddi şəkildə təsir edib.

Dotasiya hesabına yaşayan və gəlir imkanları az olan Gənclər və İdman Nazirliyi məcburi şəkildə ixtisarlara getməlidir. Nazirin dotasiyasının azaldığı haqda xəbərlər gəlməkdədir.

Bir müddət əvvəl nazirliklərdə ixtisarların gedəcəyi xəbərini vermişdik. Artıq GİN-də proses başlanıb. Bu nazirlik adı korrupsiya və mənimsəmədə istisna hallarda çəkilən qurumdur. Dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. ölkədə postneft dövrünün başlanması bütün dövlət strukturlarında ixtisarları şərtləndirib. Bir sıra nazirliklərdə kütləvi ixtisarların olacağına hazırlıq gedir. Hakimiyyət artıq böhranın dərinləşməsinin qabağını kompeks şəkildə ala bilmir.

Ölkədə işsizlər ordusunun yeni mərhələsi başlanır. Nazirliklərdə çalışan xeyli sayda işçi könüllü şəkildə istefa ərizəsi yazmağa məcbur edilir.

Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olan “DDLAR Grop” şirkəti atasının nazirliyinin kifayət qədər bahalı sifarişlərini həyata keçirmək üzrə ixtisaslaşıb. Belə düşünməyə həmin şirkətin indiyədək keçirilən bir çox tenderlərin qeyd-şərtsiz qalibi olması əsas verir. Bu gedişlə tender kralı olan nazir oğlunun dövrü də bitir. \\regionxeberleri.com\\

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın