Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / <Nazir müavini: “Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır…”

<Nazir müavini: “Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır…”

Bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.
“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, içki içib uğur qazanan adam hələ görməyib: “Normal adamlar normal formada öz kartı ilə gedib içkisini ala biləcək. Biz istəyirik insanlar küçədən, ordan-burdan mənşəyi bəlli olmayan içki alıb içməsin. Ən ucqar dağ kəndlərində belə post terminalların quraşdırılmasına həvəsimiz də var, planımızda.
Kimsə spirtli içki satmaq istəyirsə, gəlsin pulsuz post terminal alsın, müvafiq lisenziya alsın, sonra ticarətini həyata keçirsin. Vətəndaşlar isə içkiləri kredit, debit və digər ödəniş kartlarından istifadə edərək ala bilər. Bizim üçün bu dəyişiklik vergi yükünü artırmaq deyil, nağdsız ödəniş mədəniyyətini formalaşdırmaqdır. Biz zərərli olan məsələlərin həlli üçün bir yerdən başlamalıyıq. Bu gün bəzi yerlərdə, hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın