Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nazir bayram yarmarkasında – Foto

Nazir bayram yarmarkasında – Foto

Martın 18-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov Novruz bayramı münasibətilə Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub.

 

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, yarmarka ilə tanışlıq zamanı H.Əsədov qiymətlərlə maraqlanıb, istehsalçı və istehlakçılarla söhbət edib, Prezident İlham Əliyevin fermer və sahibkarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb, onları Novruz bayramı münasibətilə təbrik edib.

 

Nazir bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatını ödəmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.

 

Bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət gücləndirilib, bu məqsədlə yarmarkalara səyyar laboratoriyalar cəlb olunub.

 

Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər və yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın