Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Nazir: “Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələr sırasındadır”

Nazir: “Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələr sırasındadır”

Bakı Biznes Mərkəzində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında məşğulluq tədbiri keçirilib.
APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, Azərbaycan Turizm və Menecment universitetinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
S. Müslümov bildirib ki, Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır: “Bu ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclər olub”.
Nazir qeyd edib ki, Azərbaycanda interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən müəssisələrin yaradılması beynəlxalq əmək bazarı tərəfindən yüksək qiymətləndirilir: “Ötən il ölkənin 10 ali təhsil müəssisəsində 370 müəssisə tərəfindən 1838 vakant iş yeri gənclərin seçiminə təqdim olunub”.
Ə. Qarayev isə sərginin keçirilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, hər il bu cür sərgilərin, əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur: “Turizm sahəsi üzrə potensialın daha da təkmilləşdirilməsi üçün bu sahənin ixtisaslı işçi qüvvəsi ilə təmin olunması vacib məsələlərdəndir”.
Tədbirdə 73 özəl, 4 dövlət sektorun aid olan 77 müəssisə tərəfindən 237 boş iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın