Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Nazir amerikalı jurnalistlərə müsahibə verib

Nazir amerikalı jurnalistlərə müsahibə verib

ABŞ-ın 77WABC radiosunun aparıcısı Con Batçelor, nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və Kristofer Nikson Koks Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovdan müsahibə alıblar.

Müsahibə zamanı Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyi və bu sahənin inkişaf etdirilməsinin əsas məqsədlərindən birinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu bildirilib. Kənd təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən fermerlərə müxtəlif növ subsidiyaların ayrıldığı vurğulanıb və kənd təsərrüfatı texnikasının alınması üçün tələb olunan maliyyə vəsaitinin 40 faizinin məhz bu subsidiyalar hesabına ödənildiyi diqqətə çatdırılıb.

Ölkəmizin ABŞ-dan xeyli sayda kənd təsərrüfatı texnikası aldığının diqqətə çatdırıldığı müsahibədə qeyd edilib ki, Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən bu ilin aprelində təşkil olunacaq İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunda Azərbaycan məhsullarının təqdimatı keçiriləcək. Forum zamanı, həmçinin ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq. (Azvision.az)

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …