Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Naxçıvandan 100 faizlik nəticə – Heç kimin borcu yoxdur 

Naxçıvandan 100 faizlik nəticə – Heç kimin borcu yoxdur 

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azinforum.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib.

Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.

Qeyd olunub ki, may ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 425 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 154 min 500 manat olmuş, cəmi 3 milyon 232 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 102,5 faizini təşkil edir.

Digər bir məlumata görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100 % nəticə ilə yerinə yetirilib. Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın