Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Media / Naxçıvanda birinci sinifə gedən şagirdlərin sayı açıqlandı

Naxçıvanda birinci sinifə gedən şagirdlərin sayı açıqlandı

Yeni tədris ilində Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin birinci siniflərinə 5308 şagird qəbul olunub.

Bunu muxtar respublikasının təhsil naziri Məmməd Qəribov deyib.

O bildirib ki, bu tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 5308 olmaqla, ümumilikdə, 45 min 497 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 6657 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində isə müəllim kimi fəaliyyətə başlamaq üçün 304 gənc kadr işə götürülüb.

Nazir diqqətə çatdırıb ki, orta ixtisas təhsili müəssisələrində hazırda 1003 tələbənin təhsili ilə 209 müəllim, peşə təhsili müəssisələrində 636 müdavimin təhsili ilə 19 müəllim və 17 istehsalat təlim ustası məşğul olur.(Report)

Həmçinin oxuyun

“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli

“Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox təəssüf ki, teleseriallarda ölkədə …

Bir cavab yazın