Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Naxçıvanda avtobus və taksilərə GPS-lər quraşdırılır

Naxçıvanda avtobus və taksilərə GPS-lər quraşdırılır

Naxçıvan Muxtar Respublikasında sərnişinlərin təhlükəsiz daşınması üçün yeni nəsil texnologiyalar tətbiq edilir. Nəqliyyat Nazirliyindən bildirilib ki, muxtar respublikanın paytaxtında sərnişindaşıyan avtonəqliyyat vasitələrinə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi GPS monitorinq xidməti quraşdırılıb.
Bu texnologiyaların köməyi ilə nəqliyyat vasitələrinin hərəkətini izləmək, təhlükəsizliyə nail olmaq, yanacaq xərclərinə qənaət etmək, əmək intizamına, texnikanın istismarına nəzarəti gücləndirmək mümkündür. Naxtel-4G GPS izləmə sistemi hazırda Naxçıvan-Bakı marşrutunda hərəkət edən avtobuslarda uğurla tətbiq edilir. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə GPS-lərin quraşdırılması işləri davam etdirilir. İndiyədək bu sistem 32 ədəd avtonəqliyyat vasitəsinə quraşdırılıb.

Azinforum.az

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …

Bir cavab yazın