Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Media / Naxçıvan televiziyası rus dilində də yayımlanacaq

Naxçıvan televiziyası rus dilində də yayımlanacaq

Ötən gündən başlayaraq Naxçıvan Dövlət Televiziyasının efirində “Xəbərlər”in rus dilində yayımına başlanılıb.
Hər həftənin çərşənbə axşamı saat 21:00-da efirə təqdim olunan rus dilində “Xəbərlər” proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq. Xəbərlərin rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək. Qeyd edək ki, ötən ildən etibarən hər həftənin bazar ertəsi günü saat 21:00-da “Xəbərlər”in ingilis dilində yayımı da həyata keçirilir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Həmin sərəncama əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb, agentliyin saytı istifadəyə verilib, yeni alınan yayım və çəkiliş avadanlıqları hesabına teleradionun maddi-texniki bazası gücləndirilib. Naxçıvan Teleradiosunun efir vaxtı daha bir saat artırılaraq 19 saata çatdırılıb. “Xəbərlər”in rus dilində yayımı da sözügedən Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davamıdır.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycanda elmi jurnalistika yoxdur” – Əflatun Amaşov

Bir çox ölkələrdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzərində də qurulur. Amma …