Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Naxçıvan MR-də pensiya və müavinətlərin ödənişi vaxtında başa çatdırılıb – SOSİAL

Naxçıvan MR-də pensiya və müavinətlərin ödənişi vaxtında başa çatdırılıb – SOSİAL

Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Sosial Müdafiə Fondu (DSMF) yanvar ayında əhaliyə bütün növ pensiya və müavinətləri vaxtında ödəyib.

“Report” Naxçıvan MR DSMF-yə istinadən xəbər verir ki, ötən ay məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 9 milyon 485 min 72 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülüb.
Həmçinin, məcburi dövlət sosial sığorta alan vətəndaşların şəxsi hesabına və ya poçt ünvanına 246 min 124 manat müavinət göndərilib. Bu dövrdə fondun gəlirləri 4 milyon manat proqnoza qarşı 4 milyon 646 min 230 manat həcmində olmuş və proqnoz tapşırıqlara 116,2 faiz əməl olunub.
Ötən ay “Əmək pensiyaları haqqında” qanununa əsasən pensiya hüququ yaranmış 189 vətəndaşa əmək pensiyası təyin olunub ki, onlardan da 98-i yaşa görə, 46-sı əlilliyə görə, 45-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Ay ərzində yeni təyin olunan əmək pensiyaçılarına plastik kartların verilməsi və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 2936 kart sifarişi verilib. Yeni əmək fəaliyyətinə başlayan 624 nəfər sosial sığorta şəhadətnaməsi ilə təmin edilib.
Hazırda Azərbaycan Prezidentinin 2016-cı il 16 yanvar tarixli “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və 2016-cı il 25 yanvar tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarının icrası üçün müvafiq tədbirlər həyata keçirilir. Bu ilin fevral ayından etibarən pensiyalar artımlar nəzərə alınmaqla ödəniləcək.
Ötən ay elektron sənəd mübadiləsinin və idarəetmənin səmərəliliyinin artırılması istiqamətində də işlər davam etdirilib. Hazırda fond tərəfindən təqdim olunan 20 elektron xidmətin 15-dən istifadə olunur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın