Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Naxçıvan-Bakı marşrutunda gediş haqqı artırıldı – Sərnişinlər etiraz edir

Naxçıvan-Bakı marşrutunda gediş haqqı artırıldı – Sərnişinlər etiraz edir

Naxçıvan-Bakı marşrutu üzrə işləyən avtobuslarda gediş haqqı bahalaşıb. 
AzNews.az-ın məlumatına görə, Naxçıvana İran ərazisindən gedən avtobusların gediş haqqı əvvəlki qiymətə nisbətən qalxıb. Bundan sonra Muxtar Respublikaya 16 manata yox, 26 manata getmək mümkün olacaq.
Avtobusların qiymətlərinin qaldırılması əhali arasında narazılığa səbəb olub. Sərnişinlərlə avtobus sürücüləri arasında ciddi narazılıq yaranıb. Sərnişinlər belə bir vaxtda gediş haqqının artırılmasına etiraz ediblər. Lakin etirazlara baxmayaraq sürücülər qiymətlərdə güzəşt etməyiblər.
Bəzi məlumatlara görə isə qiymətlər işbazların təklifi ilə qeyri-rəsmi şəkildə qaldırılıb. 
Məlumat üçün bildirək ki, Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, 12-13 saat ərzində ümumilikdə 503 kilometr məsafə qət etməli olurlar.
Xatırladaq ki, Naxçıvandan Bakıya avtobusla sərnişin daşınmasını 3 yerli və 1 İran şirkəti həyata keçirir. Bundan əlavə, Muxtar Respublika sakinləri istisna olmaqla Azərbaycanın digər bölgələrində yaşayan sərnişinlər Naxçıvana getmək üçün İran tərəfinə tranzit vizası üçün pul ödəməli olurlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın