Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Nax­çı­van­da 600 şa­girdlik rus mək­tə­bi – fak­tın stra­te­ji döv­lət­çi­lik hə­dəf­lə­ri…

Nax­çı­van­da 600 şa­girdlik rus mək­tə­bi – fak­tın stra­te­ji döv­lət­çi­lik hə­dəf­lə­ri…

Mə­hər­rəm Zül­fü­qar­lı: “Bu həm də Nax­çı­van­da təh­sil alan şa­girdlə­rin rus di­li­nə gös­tər­di­yi ma­raq­dan irə­li gə­lir”

Mə­lum ol­du­ğu ki­mi, Nax­çı­van şə­hər 3 nöm­rə­li tam or­ta rus mək­tə­bi­nin bi­na­sı əsas­lı ye­ni­dən­qur­ma­dan son­ra is­ti­fa­də­yə ve­ri­lib. Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev hə­min mə­ra­sim­də iş­ti­rak edib. Döv­lət baş­çı­sı mək­tə­bin bi­na­sı­nın rəm­zi açı­lı­şı­nı bil­di­rən len­ti kə­sib. Pre­zi­dent İl­ham Əli­ye­və bu­ra­da gö­rü­lən iş­lər­lə bağ­lı ət­raf­lı mə­lu­mat ve­ri­lib.
Qeyd edi­lib ki, Nax­çı­van şə­hər 3 nöm­rə­li tam or­ta rus mək­tə­bi 1939-cu il­dən fə­a­liy­yət gös­tə­rir. 600 şa­gird yer­lik mək­təb­də be­şi elektron löv­hə­li ol­maq­la 32 si­nif ota­ğı, kim­ya-bi­o­lo­gi­ya və fi­zi­ka la­bo­ra­to­ri­ya­la­rı, hər­bi ka­bi­nə, iki kompyu­ter ota­ğı, mü­əl­lim­lər ota­ğı, şah­mat ota­ğı, ki­tab­xa­na, bu­fet və id­man za­lı fə­a­liy­yət gös­tə­rə­cək. Mək­təb­də 42 kompyu­ter qu­raş­dı­rı­lıb və in­ter­ne­tə qo­şu­lub.
Mək­tə­bin ki­tab­xa­na fon­dun­da 6900 dərslik və 4603 bə­dii ədə­biy­yat ol­maq­la 11503 ki­tab var. Mək­təb­də 460 şa­gir­din təh­si­li ilə 59 mü­əl­lim məş­ğul olur.
Pre­zi­dent İl­ham Əli­yev Nax­çı­van­da mək­təb ti­kin­ti­si ilə bağ­lı bə­zi mə­qam­la­ra to­xu­nub: “Bu, res­pub­li­ka­nın po­ten­si­a­lı­nı gös­tə­rir, ey­ni za­man­da, so­si­al infrastruk­tur da ya­ra­dı­lır. Bax, bu mək­təb bu­nun ba­riz nü­mu­nə­si­dir. Son il­lər ər­zin­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da ar­tıq 200-ə ya­xın ye­ni mək­təb ti­ki­lib, ya­xud da ki, əsas­lı şə­kil­də tə­mir olu­nub. Tə­mi­rə eh­ti­ya­cı olan cə­mi bir ne­çə mək­təb qa­lıb. Əmi­nəm ki, ya­xın gə­lə­cək­də bu mə­sə­lə də həl­li­ni ta­pa­caq”.
Bu­ra­da diq­qət­çə­kən mə­qam­lar­dan bi­ri də on­dan iba­rət­dir ki, 600 şa­gird yer­lik 3 nöm­rə­li tam or­ta rus mək­tə­bin­də 460 şa­gird təh­sil alır. Bu, şa­girdlə­rin rus böl­mə­si­nə və ümu­miy­yət­lə xa­ri­ci di­lə yük­sək ma­ra­ğı­nın gös­tə­ri­ci­si­dir.
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən təh­sil sa­hə­si üz­rə ekspert Mə­hər­rəm Zül­fü­qar­lı­nın söz­lə­ri­nə gö­rə, bu, ora­da­kı gənclə­rin təh­sil sə­viy­yə­si­nin ar­tı­rıl­ma­sı ba­xı­mın­dan müs­bət gös­tə­ri­ci­dir: “Ta­rix­də olan bir sı­ra zid­diy­yət­li mə­qam­la­ra bax­ma­ya­raq, Azər­bay­can heç vaxt Ru­si­ya­ya qar­şı düş­mən­çi­lik et­mə­yib. İn­di də iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin nor­mal ol­ma­sın­da ma­raq­lı­dır. Hət­ta Cum­hu­riy­yət döv­rün­də bol­şe­vik Çi­çe­rin Fə­tə­li xan Xoyski­yə de­yən­də ki, De­ni­ki­nə qar­şı bi­zim­lə bir­gə mü­ba­ri­zə apa­rın, on­lar bu­na get­mə­di. Bil­dir­di­lər ki, biz Ru­si­ya­nın da­xi­li işi­nə qa­rış­mı­rıq. Yə­ni dinc qon­şu­luq si­ya­sə­ti yü­rü­dü­rük. İn­di­nin özün­də də Ba­kı Slav­yan Uni­ver­si­te­ti fə­a­liy­yət gös­tə­rir, bir sı­ra rus mək­təb­lə­ri qal­maq­da­dır. Be­lə ki, bə­zi postso­vet öl­kə­lə­rin­də bu yox­dur. Nax­çı­van­da rus­dil­li mək­tə­bin ol­ma­sı Azər­bay­can­da ye­ni, mü­a­sir tə­ləb­lə­rə ca­vab ve­rən kadrla­rın ha­zır­lan­ma­sın­da mü­əy­yən rol oy­na­yır. Ey­ni za­man­da, iki öl­kə mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı­na müs­bət tə­sir gös­tə­rir. Bü­tün bun­lar­la ya­na­şı, bu həm də Nax­çı­van­da təh­sil alan şa­girdlə­rin rus di­li­nə gös­tər­di­yi ma­raq­dan irə­li gə­lir. He­sab edi­rəm ki, bu yax­şı gös­tə­ri­ci­dir”. (Baki-Xeber)
Vi­da­di OR­DA­HAL­LI

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın