Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Media / Natiq Məmmədli: “Biabırçı faktla üz-üzəyik”

Natiq Məmmədli: “Biabırçı faktla üz-üzəyik”

Son zamanlar sosial şəbəkələrdə şəhid ailələrindən pul almaqla reportaj hazırlayan reket jurnalistlər gündəm mövzusuna çevrilib. Cəmiyyət tərəfindən birmənalı olaraq tənqidə məruz qalan bu şəxslər jurnalistikanın üzqarası hesab olunurlar. 

Gündəmi zəbt edən mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli sosial şəbəkədə paylaşım edib. O, bu addımı atanları pisləyərək, bildirib ki, həmin işləri görən şəxslər profesionallıqdan uzaqdılar: 

“Çox utanc verən, jurnalist peşəsini cəmiyyətin gözündən salan biabırçı faktla üz-üzəyik! Özünü “jurnalist” kimi təqdim edən bir dəstə dələduz şəhid ailələrindən material hazırlamaq, guya “Şəhid övladlarını təbliğ etmək” adı altında pul alırlar. 

İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın! Bunu hiddətlə pisləyirik!

Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, jurnalistikanın təməl prinsiplərini, etik davranış qaydalarını əsas götürərək peşə borcunu yerinə yetirən Azərbaycan jurnalisti, məsuliyyətli media təmsilçisi heç vaxt belə addım atmaz. 

Bu hadisədən iki nəticə çıxarmaq olar;

1.Tək jurnalistin yox, bütün cəmiyyətin media savadlılığı istiqamətində hamımız fəallığımızı artırmalıyıq. 

2. “Kimdir jurnalist?” sualına cəmiyyətin cavabı aydın olmalıdır. Bu baxımdan jurnalistin sosial statusunu konkretləşdirən və təəssüf ki, bəzilərinin anlaşılmaz münasibət sərgilədiyi vahid “Jurnalist vəsiqəsi”nin aktuallığı burada özünü göstərir. 

Həmkarlarımız, ciddi media təmsilçiləri haqlı olaraq Şəhid ailələrinə qarşı belə addımı pisləyir. İctimai qınaq zəruridir və buna hər kəs öz münasibətini bildirməlidir”.

Həmçinin oxuyun

“Bir gün bütün həmkarların səni cinayətkar çıxara bilər” – Aysel Əlizadə

“Deputat ola bilərsən, nazir ola bilərsən, kim istəyirsən, ola bilərsən və bir gün bütün həmkarların …