Cümə , Sentyabr 30 2022
Ana səhifə / Media / Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi aparırsa…”

Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi aparırsa…”

REAL Partiyanın funksioneri Natiq Cəfərli jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbs edilməsinə münasibət bildirib.

N.Cəfərli deyib:

“Məsələlələrin mahiyyətini, məğzini izah edən sual-cavab:

– Ölkədə jurnalistlər, media hardan pul qazanmalıdır?

– Reklamdan,

– Reklam bazarının inkişafı üçün nə lazımdır?

– Azad və rəqabətli iqtisadiyyat lazımdır, rəqabət olanda reklamın önəmi də artır, media pul qazanmağa başlayır,

– Azad və rəqabətli iqtisadi modelin ölkədə olmamasının günahı kimdədir?

– 30 ilə yaxında ölkəni idarə edən siyasi komandada, indiki hakimiyyətdə,

– Məmləkətdə vəkillər necə pul qazanmalıdır?

– Şəxsi biliyinə, bacarığına, danışıq qabiliyyətinə, məhkəmədə müştərilərin hüquqlarını qoruyaraq onlarn az cəza, və ya bəraət almasına görə,

– Azərbaycanda azad və ədalətli məhkəmələr varmı və bu vəziyyətə görə günah kimdədir?

– Ölkədə azad və ədalətli məhkəmələr yoxdur və bunun tək günahı 30 ilə yaxın ölkəni idarə edən indiki hakimiyyətdədir.

Məmləkətdə jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi aparırsa bunun günahı siyasi sistemdədir, vəkil özünü makler kimi aparmağa məcburdursa, bunun da günahı siyasi sistemdədir. Vəssalam.

Vəkil Elçin Sadıqovun dərhal azadlığı buraxılması, onunla bağlı istintaq işlərinin vəkilin azadlıqda olaraq davam etdirilməsi vacibdir. Həbs siyasidir, çox güman, vəkilin əlində olan ictimai əhəmiyyətli məlumatların yayaılmaması üçün atılan qanunsuz addımdır”.

Həmçinin oxuyun

“Televiziyalarımız bu baxımdan həmişə “sinifdə qalır““ – Ekspert

Sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidlərə tez-tez rast gəlirik. Əsas tənqidlər faciəvi hadisələr baş verəndə əyləncəli …