Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Natiq Əliyev İtaliyada “Azərbaycan borusu”nun tikintisinin dayandırılması barədə

Natiq Əliyev İtaliyada “Azərbaycan borusu”nun tikintisinin dayandırılması barədə

İtaliya məhkəməsinin “Azərbaycan borusu”nun (TAP) tikintisinin müvəqqəti dayandırılması barədə qərarı, səsindən hiss olunduğuna görə, Azərbaycanın energetika naziri Natiq Əliyevi təəccübləndirməyib. Nazirin virtualaz.org-un əməkdaşına verdiyi məlumata görə, hazırda o, Türkiyədədir və baş verənlərdən xəbərdardır.

“Öncədən razılıq verilib, hər şey qaydasında idi”, – Natiq Əliyev deyib. Nazirin şərhinin tonuna əsaslansaq, elə bir faciə baş verməyib.

Qeyd edək ki, İtaliya məhkəməsinin qərarı boru kəmərinin tikintisini aprelin 19-na kimi dayandırır və həmin tarixdə məhkəmə məsələyə bir daha baxacaq.

Natiq Əliyevin sözlərinə görə, marşrut əvvəlcədən razılaşdırılıb, bundan əlavə, onu üzərinə müəyyən öhdəliklər götürmək şərtilə İtaliya hökuməti özü təklif edib. “Nəzərə almaq lazımdır ki, bu layihə İtaliyanın özünə və digər Avropa ölkələrinə lazımdır – biz onları təbii qazla təchiz edəcəyik”, – Əliyev bildirib.

Azərbaycanın energetika naziri vurğulayıb ki, bu məhkəmə son instansiya deyil. “Aprelin 19-na qədər gözləyək. Yenə təkrar edirəm ki, saziş İtaliya hökuməti ilə bağlanıb, regional hakimiyyətlərlə deyil. Marşrutu da biz təklif etməmişik. Ümumilikdə, problem bizə tanışdır. Bu cür maneələrə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisində və digər layihələrdə də rast gəlmişik”, – Natiq Əliyev deyib.

Həmçinin oxuyun

6 milyon zərəri olan “Azərbaycan” nəşriyyatı özəlləşdiriləcək? – “Buranı bağlatdırmaq istəyirsən?”

“Azərbaycan” nəşriyyatı 2018-ci ildə də zərərlə işləyib və yığılmış zərəri 6 milyon 99 min manata …

Bir cavab yazın