Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Media / Natəvanın ölümündən bir saat əvvəl dediyi söz…

Natəvanın ölümündən bir saat əvvəl dediyi söz…

Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı, ay müəllim?”

Bu sözləri Mir Şahin Ağayev tanınmış jurnalist Natəvan Babayevanın ölümü haqda qeyd edib.

“Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən Bacımız!

Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”, – Mir Şahin bildirib.

Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Natəvan Babayeva dünən dünyasını dəyişib.

Həmçinin oxuyun

Avropa Şurası Azərbaycandan “Media haqqında” qanunun dəyişdirilməsini tələb edir

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı 3 qrupa …