Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Nardarana nə zaman işıq veriləcək?

Nardarana nə zaman işıq veriləcək?

“Azərişıq” Nardaran qəsəbəsinə elektrik enerjisinin nə zaman bərpa olunacağını açıqlayıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hələ ki, qəsəbəyə elektrik enerjisinin verilməsi bərpa edilməyib: “Biz “Azərişiq” olaraq noyabrın 20-də xəbərdarlıq etmişdik. Noyabrın 23-ü saat 12-də də elektrik enerjisinin verilməsi dayandırıldı. İndi kim gətirib borcunu ödəyirsə, onun elektrik enerjisi verilir. Amma hələ də heç kim ödəniş etməyib. Hansı abonent gətirib borcunu ödəsə, ona elektrik enerjisinin verilməsi bərpa ediləcək”.

Qeyd edək ki, Nardaran sakinlərinin “Azərişıq”a 43 milyon manatdan çox borcu olduğu üçün qəsəbəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın