Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Nar Mobile oğurlayır, yoxsa oğrulara dəstək verir? – Şikayət (Fakt)

Nar Mobile oğurlayır, yoxsa oğrulara dəstək verir? – Şikayət (Fakt)

“Həzrət Abbas haqqı, mən, heç yerə abunə olmamışam. Niyə 59 qəpiyimi belə fırıldaqçılar yeməlidir ki?!”

“Facebook”da bir neçə profil sahibi “Azərfon”nun (Nar-Mobile) icazəsiz, xəbərsiz onların ciblərinə girmələrindən və pul vəsaitlərini oğurlamalarından şikayətləniblər. Hətta bu soyğunçuluq hərəkəti ilə bağlı foto-faktlar da paylaşılıb.
Mia.az xəbər verir ki, yayılan məlumatlara görə, mobil şirkəti heç bir rəsmi bildiriş-filan olmadan hər gün balansdan 59 qəpik pul silinməsini təmin edir:
“Bundan xəbərdar olan kimi 777-ylə əlaqə yaratdım. Daha sonra mənə mesaj göndərib, zorla inandırmağa çalışdılar ki, guya hansısa pullu sayta abunə olmuşam. Buna görə məndən 59 qəpik oğurlanırmış. Yenidən 777-ylə danışdım. Uzun-uzadı danışsaq da, xeyri olmadı.
Nəhayət, məni inandırmağa çalışdılar ki, navigator.az saytina zəng edim. Yəni gedən gedib, qalan pulunuzu qorumaq istəyirsinizsə, saytla əlaqə yaradım. Onlarla əlaqə yaratmaq isə mümkün deyil. Bir də axı, mən “Azərfon”un müştərisiyəm. Niyə bu operator mənim xəbərim olmadan hansısa fırıldaqçı şirkət və saytlara abunəçilərini  calayır? Niyə bizi pullu abunələrə özbaşına qoşurlar ki?! Nə maraqları var? Bizi soymaqla bu operatordan kütləvi imtina etməyə səbəb verdiklərinin fərqində deyillərmi?”.
Mia.az onu da xəbər verir ki, “Azerfon”un belə bir fırıldağı haqda başqa bir şikayətçi isə sosial şəbəkələrdə seyid-peyğəmbərlərə qədər and içib ki, onun cibinə girən şirkət və saytlara abunə olmayıb:
“Həzrət Abbas haqqı, mən, heç yerə abunə olmamışam. Niyə 59 qəpiyimi belə fırıldaqçılar yeməlidir ki?!”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın