Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirlərinə başlanıldı –  FOTOLAR

Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirlərinə başlanıldı –  FOTOLAR

Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb.
Bu barədə Nəsimi rayon İcra Hakimiyyətindən Azinforum.az-a verilən məlumata görə, tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub.
“Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur”.
Mərasimlə bağlı açıqlama verən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır:
“Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış, poliklinikar lazımi dərman preparatları ilə təchiz olunmuş, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb”.
Qeyd edək ki, Nəsimi rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında da əhalinin tibbi müayinəsi təşkil edilib. Baş həkim Gülnar Quliyeva ölkə başçısının tapşırığı ilə əhalinin sağlamlığı və səhhəti ilə bağlı keçirilən bu aksiyada Bioloji Təbabət Klinikası olaraq yaxından iştirak etdiklərini bildiriblər.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirlərinə başlanıldı

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın