Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Nərgiz Cəlilovanın qızı uyğur oğlana ərə gedib

Nərgiz Cəlilovanın qızı uyğur oğlana ərə gedib

Azərbaycan telekanallarında hər zaman arzu edilən aparıcılardan biri Nərgiz Cəlilova yeganə qızı Nərminin şəxsi həyatından danışıb
Əməkdar artist Nərgiz Cəlilova yeganə qızı Nərminin Amerika vətəndaşı ilə evliliyindən danışıb.
O, bu barədə tanınmış telejurnalist İradə İsaqın “Birdən milyona” müəllif proqramına müsahibəsində bəhs edib.
Cəlilova qeyd edib ki, özünün və qızınını şəxsi həyatından danışmağı sevmir. Heç qızı ilə birgə fotolarını da paylaşmır. Onun qızı Bakıda təhsilini başa vurduqdan sonra Fransaya oxumağa getmək istəyib. Aparıcı da onun seçimi ilə razılaşıb, baxmayaraq ki, bu, onun üçün çətin olub.

“Mən qızımın ailə qurduğunu gizlətməmişəm, sadəcə onu hamıya bəyan eləməmişəm. Mən və o, bunu istəməmişik. Qızım Çində anadan olan uyğura ərə gedib. O, hazırda Amerika vətəndaşıdır və orada yaşayır. Onlar xoşbəxtdirlər və bu, mənə kifayətdir”, – deyə Cəlilova bildirib.
Nərgiz Cəlilova Azərbaycan telekanallarında hər zaman arzu edilən aparıcılardan biridir. O, 15 il Azərbaycan Dövlət Televiziyasında diktor və aparıcı vəzifələrində çalışıb. Bundan sonra özəl telekanallarda verilişlər aparıb və ayrı-ayrı layihələrin həyata keçirilməsində iştirak edib.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …