Ana səhifə / Media / Nərgiz Cəlilova: “Allah bu peşəni mənim üçün göndərib”

Nərgiz Cəlilova: “Allah bu peşəni mənim üçün göndərib”

Şəxsi həyatım mənə məxsusdur. Başqaları üçün nə marağı var ki? Mənim üçün əsas işimdir. Tamaşaçılarımı işimlə cəlb etmək istəyirəm. 
Bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova Oxu.Az-ın əməkdaşı ilə söhbətində şəxsi həyatından danışarkən bildirib. Şəxsi həyatını gözlərdən kənarda saxlayan məşhur illərdir xarici görünüşünün dəyişməz qalmasını özünəməxsus şəkildə şərh edib:

“Dəyişməyi, xarici görünüşümə əl gəzdirməyi sevirəm. Çalışıram ki, bədən ölçülərimi və formamı saxlayım. Mən elə bir yerdə çalışıram ki, istər televiziya istər səhnə tələb edir ki, hər zaman formada olasan, xarici görünüşünə diqqətlə yanaşasan. Zamanla ayaqlaşmaq və zövqlə geyinməyi bacarmalısan. Bütün bunlar əsas şərtlərdən biridir və bu şərtlərə uyğunlaşmalıyam. Başqa cür mümkün də deyil”.
“Hər zaman sizi sarı saçlarla görürük, nə zamansa onları qaraya boyadacaqsınız?”- sualına Cəlilova belə reaksiya verib:
“Saçımı qara rəngə boyaya bilmirəm. Səbəb odur ki, saçım ağdır. Mənim belə bir “lüks”um yoxdur”.
İllərdir bir iynəyə sap olan teleaparıcı bununla bağlı heç bir sirrinin olmadığını vurğulayıb:

“Formada qalmağımın xüsusi bir sirri yoxdur. Heç bir pəhriz saxlamıram. Sadəcə qidama və həyat tərzimə diqqət yetirirəm. Çalışıram çox yeməyim. Ümumiyyətlə mən çox yeməyi sevmirəm. Heç bir halda əndazəni aşmaq olmaz. Düşünürəm ki, bu tanrının bir lütfüdür. Şükürlər olsun ki, Allah bu peşəni mənim üçün göndərib”.
Nərgiz Cəlilova efirlərdə az-az görünməsini və heç bir layihədə aparıcı qismində çıxış etməməsini bununla əlaqələndirib:
“Bir ildir ki, efirdə yoxam. Başım qarışıqdır. İnşallah yeni mövsümdə yeni layihə ilə yenidən efirə qayıdacağam. Aparacağım proqram tolk-şou formatında olacaq”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …