Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / “Nəqliyyat müfəttişlərinin nəzarət funksiyası tamamilə dayandırılıb”

“Nəqliyyat müfəttişlərinin nəzarət funksiyası tamamilə dayandırılıb”

Prezident İlham Əliyevin oktyabrın 14-də imzaladığı fərmanla Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı səlahiyyətləri alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilib. Fərmandan sonra mətbuatda nəqliyyat müfəttişlərinin sürücüləri saxlayaraq haqq tələb etməsi ilə bağlı videogörüntü yayılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı modern.az saytına açıqlamasında bu məlumatı təkzib edib:

“Oktyabrın 19-da bəzi kütləvi informasiya vasitələrində və saytlarda nəqliyyat müfəttişlərinin hərəkətləri ilə bağlı videogörüntülü xəbərin həmin tarixdə baş verməsi heç bir fakta əsaslanmır. Arxiv kadrlardan istifadə edilərək, əsassız xəbər yayılıb”.

O qeyd edib ki, oktyabrın 14-də ölkə başçısının müvafiq fərmanından sonra dərhal bütün struktur bölmələrə telefonoqram göndərilib:

“Bütün nəzarət funksiyalarının dayandırılması tapşırılıb. Nazirliyin müvafiq əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu məsələyə ciddi nəzarət edilir”.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın