Ana səhifə / Media / Nəcəf Nəcəfova həsr edilmiş film təqdim olunacaq

Nəcəf Nəcəfova həsr edilmiş film təqdim olunacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqında daha bir filmin təqdimatı olacaq.

İttifaqdan bildirilib ki, bu dəfə təqdim ediləcək sənədli film mərhum jurnalist –publisist Nəcəf Nəcəfova həsr edilib.

“Vətəndaş Nəcəfov” adlı film ARB-Aranfilm Yaradıcılıq Mərkəzinin istehsalıdır.

Filmin rejissoru Turan Yaqublu, operatoru Rafiq Əliyev, direktoru Nicat Məmmədovdur.

Bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Təqdimat yanvarın 24-də saat 19.00-da ittifaqın binasındadır. (Lent.az)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …