Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nəbatat bağı susuzluqdan belə məhv olur…

Nəbatat bağı susuzluqdan belə məhv olur…

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun nəzdindəki Nəbatat bağının su problemi hələ də öz həllini tapmayıb.

Virtualaz.org saytı həmin bağdan reportaj hazırlayandan sonra “Azərsu” ASC-dən məsələyə reaksiya gəldi. ASC bağa su verilməsində heç bir problem yaşanmadığını desə də deryaz.com saytının ötən gün yaydığı videodan məlum olur ki, problem hələ də öz həllini tapmayıb.

Bu məsələyə aydınlıq gətirmək üçün AMEA ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin əməkdaşı Baba Yaşaroğlu virtualaz.org saytına açıqlamasında dedi ki, həmin videogörüntülər həqiqəti əks etdirir və bağın su problemi var: “Biz də o videonu izləmişik. Orada əks olunan görüntlər doğrudur. Buna görə də problemlə əlaqədar olaraq müvafiq qurumlar – “Azərsu” ASC və Səbayel Rayon Sukanal İdarəsi ilə danışıqlar aparmışıq. Artıq həmin qurumlar tərəfindən işçi qrup yaradılıb və bağa əlavə su xəttinin çəkilməsi nəzərdə tutulur. Düşünürük ki, Nəbatat bağının su problemi tezliklə həll olunacaq”.

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın