Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Media / Nəsimi Nəbizadə AzTV-də işə düzəldi – Açıqlama

Nəsimi Nəbizadə AzTV-də işə düzəldi – Açıqlama

Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

Bu barədə Bakupost.az -a Əməkdar jurnalist özü bildirib.

O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:

“Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, N.Nəbizadə bu yaxınlarda Bakupost.az -a geniş videomüsahibə vermişdi.

O, müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi:

“İş təklifləri gözləyirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər”.

Böyük rezonans doğuran həmin müsahibədən sonra ölkənin tanınmış adamları, media rəhbərləri “Bakupost” vasitəsi ilə N.Nəbizadə ilə əlaqə saxlayıblar.

Həmçinin oxuyun

Avropa Şurası Azərbaycandan “Media haqqında” qanunun dəyişdirilməsini tələb edir

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı 3 qrupa …