Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nəsimi məktəbliləri “Gənc İlhamçılar” yay istirahət düşərgəsində
????????????????????????????????????

Nəsimi məktəbliləri “Gənc İlhamçılar” yay istirahət düşərgəsində

Nəsimi rayonundakı orta məktəblərin şagirdləri üçün Quba şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunub.

“ Azinforum.az ” – a daxil olan məlumata görə, Nəsimi Rayon İcra Hakimiyyətində “Gənc İlhamçılar” yay istirahət düşərgəsində istirahət edəcək uşaqlar, onların valideynləri və məktəb rəhbərləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib. Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanıb. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, video proyektor vasitəsi ilə açıq səma altında Azərbaycan filmləri nümayiş etdiriləcək, Quba rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın